Abdulla Zubir "Qarabağ"dan ayrıla bilər.

Rekord.az xəbər verir ki, fransalı futbolçu ilə bağlı Ağdam təmsilçisinə təkliflər gəlib. Hətta "başgicəlləndirici" təkliflərin olduğu da deyilir. Bu məlumatı "Futbol+" qəzetinə açıqlamasında futbol agenti Erkin İbrahimov deyib.

Xəbəri dəqiqləşdirmək üçün "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə müraciət etdik: "Kluba rəsmi təklif gəlməyib. Belə olan halda isə bizim münasibət bildirməyimiz düzgün olmaz". ("Futbol plus")