“Futbolçularda sanki həyəcan var” - Maksimov
- 18:30
- 38
"Araz-Naxçıvan"ın baş məşqçi Yuri Maksimov Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Zirə" ilə ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonrakı mətbuat konfransında bunları söyləyib:
"Komandama qazandığımız 1 xala görə təşəkkür edirəm. Qələbə hesabını qorumaq üçün çalışdılar, amma gücümüz çatmadı. Düzdür, 2:0 öndə olan zaman fərqi artırmaq imkanlarımız oldu. Futbolçularda sanki həyəcan var. Bu da komandanın turnir cədvəlinin sonuncu pilləsində olmasından irəli gəlir. Əgər orta illərdə yer alsaydıq, onlar daha rahat oynayarlar".