
“Zirə”nin rəqibinindən yeni transfer
- 16:00
- 38
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” heyətini yeni müdafiəçi ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Split təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi Ron Racini heyətinə qatıb.
Kosovo millisinin futbolçusu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. Raci son olaraq Kosovonun “Priştina” klubunda oynayıb.
“Zirə" - "Hayduk" arasındakı Bakıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu iyulun 31-də Splitdəki Polyud stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.