"Zirə"nin qapıçısı  Mehdi Cənnətov zədələnib.

Rekord.az xəbər verir ki, millimizin üzvü Azərbaycan Premyer Liqasının 25-ci turunda keçirilən "Qəbələ" ilə matçın 45-ci dəqiqədə zədə alıb.

Oyunu davam etdirə bilməyən Cənnətov ikinci hissənin əvvəlində Anar Nəzirovla əvəzlənib.

Qeyd edək ki, "Zirə" sözügedən görüşdə 0:3 hesabı ilə uduzub.