
“Zirə”nin qapıçısı bir oyunluq cəzalandırıldı
- 21 Dek 2021 17:31
- 489
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Rekord.az xəbər verir ki, iclasda Birinci Divizionun 12-ci oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Zaqatala” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Səbail-2” oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
“Keşlə-2” – “Zirə-2” oyununda “Zirə”nin futbolçusu Anar Nəzirov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.