Azərbaycanın iki sərbəst güləşçisi DÇ-də yarımfinala vəsiqə qazandı
- 14:30
- 34
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov 1/4 finalda yaponiyalı Yamato Oqavaya tam üstünlüklə (12:2) qalib gəlib.
Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə türkiyəli Okan Tahtacını 9:3 hesabı ilə üstələyib.
Ali Tsokayev (92 kq) 1/4 finalda amerikalı dünya çempionu Trent Hidleyə 1:5 hesabıyla məğlub olub.
Turan Bayramov (74) 1/8 finalda qazaxıstanlı Nurkoja Kaypanova 0:4 hesabıyla məğlub oldu.