«Zirə»nin hücumçusu Davit Volkov yeni təklif alıb.

Rekord.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bombardirina bu dəfə Polşadan dəvət gəlib.

«Lex» rəhbərliyi cari mövsüm 10 qol vurmuş gürcüstanlı forvardın meneceri ilə görüşüb. Pozanan təmsilçisi «qartallar»la müqaviləsi bu yay başa çatacaq Volkova 3 illik korntrakt irəli sürüb.

«Lex» Ekstraklasada uğurlu mövsüm keçirir. Adıçəkilən klub 26 turdan sonra liderlər qrupunda məskunlaşıb.

«Rakov»la bərabər 52 xal toplamış və 3-cü pillədə qərarlaşmış «Lex» lider «Poqon»dan cəmi 1 xal geri qalır. (sportinfo.az)