"Zirə" yeni futbolçuyla anlaşıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


"Qartallar" bir müddətdir ki, baxışda olan Kris Diqbeunu heyətinə qatıb.


Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb.


"Zirə" daha öncə Amin Seydiyev, Maykon Kleyton, Vieyrinya, Ayxan Hüseynov və Hüseynəli Quliyevi də transfer edib.