“Buraxdığımız qoldan məmnun qalmadım” - Flik
- 00:35
- 27
“Barselona” bu gün UEFA Çempionlar Liqasında liqa mərhələsinin 5-ci turunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flikin mətbuat konfransı keçirilib. Almaniyalı mütəxəssis 4:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Belə oyunlar futbolçular üçün həmişə çətin olur. İlk hissədə 70 faizdən çox topa sahib idik. Buraxdığımız qoldan məmnun qalmadım. Amma nəticədə üç xalı aldıq. Bu bizim üçün vacib idi. İkinci hissədə çalışdıq ki, hesabı qoruyaq.
İkinci hissədə dəyişikliklər etdik. Digər oyunçulara da şans verdik. Oyunda tam nəzarət bizdə idi.
Alexandro Balde mənə görə, yaxşı çıxış etdi. Düzdür, bu oyunda meydanda az oldu. Amma mən ondan məmnun qaldım. Qabriel Jesusa gəlincə, bu, asan deyil. Rafinya var, istəyirik ki, çox oynasın. Jesus çox intizamlı futbolçudur. Ola bilsin ki, bəzi oyunlarda çox oynayacaq, bəzilərində az şans qazanacaq. Az oynamağına baxmayaraq beş qol vurub. Bu, mükəmməl göstəricidir.
Bu gün oyunçularımdan razı qaldım. İkinci hissədə daha çox qol vurduq, daha intensiv çıxış etdik. Üç xaldan məmnunam. Bəlkə də, kimlərəsə asan gələ bilər, amma hər oyun çətindir.
Burada atmosfer çox yaxşıdır. Səhv etmirəmsə, bura dördüncü səfərimdir. Bakı inkişaf edir, şəhər gözəlləşir.
“Sabah”ın çox gənc baş məşqçisi var. Həqiqətən, görürəm ki, burada gözəl işlər görüb. Çox qəhrəmancasına vuruşdular. Onlara uğurlar arzulayıram”.