"Xilasedici" ÇL ilə vidalaşdı, mübarizəni CEV Kubokunda davam etdirəcək
- 01:09
- 28
Voleybolçu kişilərdən ibarət "Xilasedici" klubu Çempionlar Liqasında çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, təmsilçimiz səfərdə 3-cü təsnifat mərhələsində cavab görüşünə çıxıb.
"Xilasedici" Sloveniyada "ACH Volley LJUBLJANA" klubu ilə qarşılaşıb. Bakıda keçirilmiş ilk oyunda 1:3 hesabı ilə uduzan təmsilçimiz cavab matçında da eyni hesabla məğlub. Bu məğlubiyyətlə komandamız Çempionlar Liqası ilə vidalaşıb. Lakin Bakı klubu avrokubokda yoluna davam edəcək. Belə ki, "Xilasedici" CEV Kuboku uğrunda yarışmaq hüququ qazanıb.
Qeyd edək ki, "Xilasedici" CEV Kubokunda mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Bu mərhələdə təmsilçimizin rəqibi Serbiyanın "Crvena Zvezda BEOGRAD" klubu ilə olacaq.
26 noyabr
CEV Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
"ACH Volley LJUBLJANA" - "Xilasedici" 3:1