"Turan" ÇL-in qrup mərhələsində ilk oyununu keçirib
- 23:09
- 21
Çempionlar Liqasında çıxış edən qadın voleybolçulardan ibarət "Turan" klubu qrup mərhələsində mübarizəyə start verib. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan Tovuz klubu ilk oyununu səfərdə keçirib.
Təmsilçimiz bu gün İtaliyanın "Savino Del Bene Scandicci" klubunun qonağı olub. Florensiya şəhərində baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Avrokubokda debüt edən "Turan" bu qarşılaşmadan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, "Turan"ın qrup mərhələsindəki növbəti oyunu dekabrın 2-də Türkiyədə "Eczaçıbaşı" klubuna qarşı olacaq.
Çempionlar Liqası
25 noyabr
D qrupu
I tur
"Savino Del Bene Scandicci" - "Turan" 3:1 (25:21, 25:10, 20:25, 25:16)