
“Zirə”dən darmadağın
- 16 İyl 2025 19:40
- 50
"Zirə" bu gün Türkiyədə növbəti yoxlama matçını keçirib.
Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi "Pendik"lə qarşılaşıb.
Görüş "qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bakı klubunun heyətində Brahim Konate (64), Davit Volkov (66) və Junior Martins (73, 79) fərqləniblər.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü” (2:1) və "Çorum"dan (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.
"Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.