“Zirə”nin sabiq futbolçusu Sadio Tounkara karyerasını Estoniyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Trans” klubuna keçib.

Bu barədə Narva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Malili futbolçuyla imzalanan müqavilənin müddəti ilin sonuna kimidir.

Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edən Tounkara, “Xəzər Lənkəran”, AZAL və “Zirə”nin formasını geyinib. 2019-cu ilin yayında “Zirə” ilə yollarını ayıran yarımmüdafiəçi klubsuz idi.