
“Zirə”də əvəzedici komandaya göndərilən futbolçular əfv olundu
- 04 Okt 2022 17:15
- 468
“Zirə"də əvəzedici komandaya göndərilən futbolçular Təmkin Xəlilzadə və İlkin Muradov əfv edilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki yarımmüdafiəçi yenidən əsas komandaya qaytarılıb.
Xatırladaq ki, Xəlilzadə və Muradov bir müddət öncə transferə çıxarılmışdı. Onlar məşqlərini əvəzedici heyətdə davam etdirirdilər.