Millimiz AÇ-nin seçmə mərhələsində mübarizəyə başlayır
- 09:45
- 35
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, yığmamız A qrupunun ilk matçında Bakıda İsveçrə kollektivi ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasındakı görüş saat 15:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan komandası noyabrın 14-də İrlandiya millisini qəbul edəcək.