
“Zirə” “Zaqatala”nı məğlub yola saldı
- 07 Mar 2022 20:00
- 535
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura start verilib. Rekord.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Zaqatala” səfərdə “Zirə”nin əvəzediciləri ilə üz-üzə gəlib. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.
Birinci Divizion
17-ci tur
7 mart
“Zirə-2” – “Zaqatala” 1:0
Qol: Nicat Oruclu, 10.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
“ASK Arena”, 15:00.