“Zirə” – “Şamaxı” yoxlama oyununun saatında və məkanında dəyişiklik edilib.


Rekord.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Qarşılaşma sabah saat 20:45-də “Azərsun Arena”da baş tutacaq.


Daha əvvəl matçın saat 17:45-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilməsi nəzərdə tutulmuşdu.