Premyer-liqanın 25-ci turu çərçivəsində doğma meydanda “Qəbələ”yə 0:3 hesabıyla uduzan “Zirə”də heyətlə bağlı problem yaşanır.

Rekord.az xəbər verir ki, avrokuboka qatılmaq uğrunda mübarizə aparan “qartallar” növbəti turda “Qarabağ”a qarşı matça ciddi itki ilə çıxacaq.

Belə ki, qəsəbə təmsilçisinin aparıcı futbolçularından Təmkin Xəlilzadə bu qarşılaşmada komandasına kömək edə bilməyəcək. Buna səbəb onun zədəsinin olmasıdı.


Qeyd edək ki, millimizin üzvü “Qəbələ” ilə oyunu da tribunadan izləmişdi. ("Futbol plus")