“Zirə” klubu iki futbolçusunu transferə çıxarıb.
Rekord.az xəbər verir ki, bunlar Azərbaycan millisinin müdafiəçisi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradovdur.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, adıçəkilən oyunçular bu müddətdə əvəzedici komandada olacaq.