Yeni mövsümə hazırlıqları doğma rayonda davam etdirən ”Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, bölgə klubu “Zirə”nin üzvü Cəlal Hüseynovu heyətinə qatıb.

Milli komandamızın da üzvü olan müdafiəçi qarşıdakı mövsümü icarə əsasında Şamaxı təmsilçisində keçirəcək.

Bu, onun karyerasında ikinci klub kimi yadda qalacaq.

Belə ki, 19 yaşlı gənc oyunçunun karyerası yalnız yetişdiyi “Zirə” ilə bağlıyıdı.

Cəlal Hüseynov ümumilikdə “Zirə” forması ilə meydana çıxdığı 42 qarşılaşmada 1 qolla yadda qalmağı bacarıb. (sportinfo.az)