
“Zirə” artıq nə istədiyini bilir” - “Hayduk"un baş məşqçisi
- 22 İyl 2025 20:40
- 47
Xorvatiyanın "Hayduk" komandasının baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis Bakıdakı ilk qarşılaşmadan qələbə ilə ayrılmaq istədiklərini söyləyib:
"Avrokuboklar mövsümü başlayıb və biz rəqabət aparmağa hazırıq. "Zirə" avrokuboklarda güclü rəqiblərdən biridir. Sabah yaxşı nəticə əldə etmək istəyirik. Biz yeni komanda hesab olunuruq. Rəqib komandanın baş məşqçisi Rəşad Sadıqov uzun illərdir orada çalışır. Bu isə o deməkdir ki, komanda artıq nə istədiyini bilir".
"Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da 8-ci km stadionunda baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.