
Zərdabda cüdo turniri keçiriləcək
- 2023-03-29 14:14
- 114
“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" münasibəti ilə ölkədə bir sıra tədbirlər keçiriləcək.
Rekord.az xəbər verir ki, bu tədbirlərdən biri də Zərdabda idmanla bağlı olacaq.
Belə ki, 31 mart saat 15:00-da məlum günlə bağlı rayonda cüdo turniri baş tutacaq.