Zərdab rayon Gənclər və İdman idarəsinin və Zərdab Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə 18-19 aprel 2023-cü il tarixlərdə bilyard üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Zərdab Gənclər evində təşkil edilmiş birincilikdə Nail Məmmədov I yeri, Ruslan İsayev II yeri, Azad Kərimli isə III yeri tutdu.

Qaliblərə diplom və hədiyyələr təqdim olundu.