“Zəngəzur” FK-nın U-11 komandası Türkiyənin Kocaeli şəhərində keçirilən “Kartepe Cup” turnirinin qalibi olub.

Rekord.az xəbər verir ki, 16 komandanın iştirak etdiyi yarışın qrup mərhələsini birinci pillədə tamamlayan Azər Cabbarovun komandası finala qədər irəliləyərək “Manavqat” FA-ya rəqib olub.

Turnirin final matçı hava şəraitinə görə keçirilmədiyinə görə təşkilatçılar hər iki komandanı qalib elan ediblər.