Azərbaycan paracüdoçuları Misirin İsgəndəriyyə şəhərində keçirilən qran-pridə daha iki qızıl medal qazanıblar.

Rekord.az xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan İlham Zəkiyev (J1) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınların yarışında isə Xanım Hüseynova (J2) birinci yeri tutub. Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi olan 30 yaşlı idmançı 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.

Xatırladaq ki, ötən gün Namiq Abaslı (73 kq, J2) da qızıl medal qazanmışdı.