Zaqatala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən mini-futbol üzrə komandalararası Zaqatala rayon birinciliyinin final mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, final da Talalılar komandasını 4:0 məğlub edən Yenilməz Batalyon komandası birinci yerə layiq görülüb.

3-cü yer uğrunda keçirilən oyunda isə Turan komandasını 5:2 məğlub edərək çempionatda 3- cü yerə layiq görülüb.

Çempionatda 1-ci ,2-ci və 3 - cü yeri tutan komandalar kubok, Fəxri Fərman və medallarla mükafatlandırılıb

1-ci yer Yenilməz Batalyon

2-ci yer Talalılar

3-cü yer Daşqın