Növbəti mövsümdən Zaqatala Olimpiya İdman Kompleksinin meydançasında çempionat oyunlarının keçirilməsinə qadağa qoyula bilər.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb kompleksin süni örtüklü qazonunun istismar müddətini başa vurmasıdır.

Əslində bu mövsüm də ora oyun salınması təhlükəlidir. Lakin komandalara bacardığı qədər kömək etməyə çalışan PFL bu mövsümlük buna göz yumdu. Amma növbəti mövsüm öncəsi təftiş zamanı ciddi problemlər ortaya çıxsa, qadağa qaçılmaz ola bilər.