Futbol üzrə Argentina millisinin və İtaliyanın “İnter” klubunun keçmiş müdafiəçisi Xavyer Zanetti Azərbaycana gələcək.

Rekord.az xəbər verir ki, keçmiş müdafiəçi bu barədə “İnstaqram” səhifəsində paylaşım edib.

Hazırda “İnter”in vitse-prezidenti postunda çalışan Zanetti səfərdə məqsədinin bu klubun Azərbaycanda fəaliyyət göstərən akademiyasının üzvləri ilə görüşmək olduğunu bildirib.

Zanetti 1995-2014-cü illərdə “İnter”də futbolçu kimi çıxış edib.