
“Yuventus”un sabiq futbolçusu yenidən A Seriyasında
- 10:30
- 37
İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Federiko Bernardeski A Seriyasına qayıdıb.
Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu azad agent kimi “Bolonya”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bernardeski ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Federikonun son klubu "Toronto" olub. O, 3 il ərzində MLS-də 87 oyun keçirib və 24 qol vurub.