İtaliya A Seriyasında 33-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 8 görüş baş tutub.

“Salernitana” – “Fiorentina” qarşılaşmasında qalib müəyyənləşməyib. “Atalanta” – “Spetsiya” matçında meydan sahibləri qalib gəliblər. “Sampdoriya” isə evdə “Torino”ya uduzub.

“Milan” “Kremoneze” ilə ev oyununda xal itiribsə, “Roma” “Montsa” ilə səfər görüşündə eyni aqibətlə üzləşib. “Yuventus” “Leççe”yə, “Latsio” isə “Sassuolo”ya qalib gəlib. “İnter” də səfərdə “Verona”nı 6 cavabsız qolla üstələyib.

İtaliya A Seriyası
33-cü tur

3 may

Atalanta – Spetsiya 3:2
Qol: De Roon, 32. Zappakosta, 48. Muriel, 54 – Qyasi, 18. Burabiya, 64.

Yuventus – Leççe 2:1
Qol: Paredes, 15. Vlahoviç, 40 – Sisey, 37.

Salernitana – Fiorentina 3:3
Qol: B.Dia, 10; 59; 81-pen – N.Qonsales, 36. İkone, 71. Biraqi, 84.

Sampdoriya – Torino 0:2
Qol: Bonjorno, 31. Pelleqri, 90+4.

Milan – Kremoneze 1:1
Qol: Messias, 90+3 – Okereke, 77.

Latsio – Sassuolo 2:0
Qol: F.Anderson, 14. Başiç, 90+2.

Montsa – Roma 1:1
Qol: Kaldirola, 39 – El Şaaravi, 24.

Verona – İnter 0:6
Qol: Qaiç, 31-öz qapısına. H.Çalhanoğlu, 36. Dzeko, 37; 61. L.Martines, 55; 90+2.

4 may

22:45. Empoli – Bolonya
22:45. Udineze - Napoli