“Palermo” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, B Seriyası təmsilçisi “Yuventus”dan Matteo Brunorini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Brunori 2020-ci ilin yayından “Yuventus”da çıxış edirdi. O, ötən mövsümü məhz “Palermo”da icarədə keçirib.

Turin klubu forvardın satışından 2 milyon avro əldə edib.