“Yuventus”un müdafiəçisi Federiko Qatti Turin klubu ilə yeni, uzunmüddətli müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub və oyunçunun illik maaşı bonuslar nəzərə alınmaqla 3,1 milyon avro civarında olacaq.


Qatti 3 il əvvəl “Frozinone”dən “Yuventus”a keçib. 27 yaşlı futbolçu son mövsümdə A Seriyasında 30 oyun keçirib və 1 qol vurub.