
"Yuventus"da yeni müqavilə
- 21 İyl 2022 14:15
- 400
"Yuventus"un yeni transferi Qleyson Bremerin kluba keçidi rəsmiləşib.
Rekord.az Turin təmsilçisinin saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bu transfer üçün "Yuventus" oyunçunun sabiq klubu "Torino"ya 40+7 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Bremer ötən mövsüm "Torino"nun heyətində 110 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu ötən mövsüm A seriyasının ən yaxşı müdafiəçisi seçilib.