“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın “Yuventus”a keçmək planı baş tutmaya bilər.

Rekord.az xəbər verir ki, Turin nəhəngi Poqbaya onun MY-də aldığı məvacibi ödəmək iqtidarında deyil.

Əgər Poqba “Yuve”yə keçmək istəyirsə, onda məvacibinin 2 dəfə azaldılmasına razılıq verməlidir.

29 yaşlı Poqba “Mançester Yunayted” akademiyasında 2009-cu ildə peyda olub. 3 il sonra yarımmüdafiəçi "Yuventus"a keçib və 4 il orada çıxış edib.

Poqba Turin klubunda 178 matçda 34 qol vurub və 40 məhsuldar ötürmə edib.

2016-cı ildə MY 105 milyon avro ödəyərək Poqbanı geri qaytarıb. Onun müqaviləsi mövsümün sonunda başa çatır.