
"Yuventus" Vlahoviçin satılmayacağını açıqladı
- 24 May 2023 16:45
- 368
"Yuventus" Duşan Vlahoviçlə bağlı qərarını açıqlayıb.
Rekord.az xəbər verir ki, Turin klubunun maliyyə işləri üzrə direktoru Françesko Kalva mətbuata açıqlamasında sözügedən futbolçunun "Yuventus"da qalacağını açıqlayıb.
Qeyd edək ki, yayılan məlumatlarda Vlaxoviçin adı "Çelsi", "Bavariya" və "Atletiko" ilə birgə çəkilirdi.