Futbol üzrə İtaliya A Seriyasının 26-cı turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.

Rekord.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, “Yuventus” - “İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Bu oyunların əvvəlcə azarkeşsiz keçiriləcəyi açıqlanmışdı. Lakin sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib. Yeni qərara əsasən, qeyd olunan qarşılaşmalar mayın 13-də baş tutacaq.

Mayın 13-də keçirilməsi nəzərdə tutulan İtaliya kubokunun final qarşılaşması isə həmin ayın 20-nə keçirilib.

Qeyd edək ki, A Seriyasında 25-ci turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" görüşləri də eyni səbəbdən təxirə salınmışdı.