
"Yuventus" bu futbolçuya yeni müqavilə təklif edəcək
- 19 Mar 2022 13:42
- 506
“Yuventus” Danilo ilə müqaviləni uzatmaq niyyətindədir.
Rekord.az xəbər verir ki, Turin klubunun rəhbərliyi braziliyalı futbolçuya 2026-cı ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə təklif etmək istəyir.
30 yaşlı müdafiəçi də “qoca sinyora” ilə yeni müqaviləyə müsbət yanaşır.
Danilo 2019-cu ilin yayında 37 milyon avroya “Mançester Siti”dən “Yuventus”a keçib.
Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir. O, cari mövsümdə turinlilərin heyətində 22 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.