
Yunis Hüseynov AFFA-nın təklif etdiyi hansı işdən imtina edib? ÖZƏL!
- 23 Fev 2022 15:00
- 1075
"Keşlə"dən ayrılandan bu yana işsiz qalan Yunis Hüseynov bu müddətdə bir neçə dəfə AFFA da olub və Elxan Məmmədovla görüşüb. Hər dəfə dəişlə bağlı ona vəd verilsə də verilən vədə əməl olunmayıb. Hətta bundan əsəbləşən Hüseynov artıq futbolumuzdakı mövcud durumla bağlı tənqidi fikirlər də səsləndirməyə başlayıb.
Lakin Rekord.az-a daxil olan son məlumatga görə, bu yaxınlarda Məmmədov Hüseynovla yenidən əlaqə saxlayıb və ona bildirib ki, bir az səbr etsin, ona mütləq iş veriləcək.
Bizə daxil olan məlumata görə, federasiyadan Hüseynova oyunlara AFFA nümayəndəsi kimi getmək təklif olunsa da o, bundan imtina edib. Bildirib ki, ona peşəsinə uyğun iş verilsin, yəni məşqçiliklə bağlı.