Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində 17-ci tur çərçivəsində iki görüş keçirilib. 
Günün ilk qarşılaşması  “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” klubları arasında olub. Gərgin keçən bu matçda 3:2 hesabı ilə “Murov Az Terminal” qələbə qazanıb.
Növbəti oyunda isə “AZERRAIL” və “Gəncə” kollektivləri üz-üzə gəliblər. Bu qarşılaşma “AZERRAIL”in  3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun son matçı martın 13-də UNEC və “Abşeron” klubları arasında olacaq.
Beləliklə, qadınların turnir cədvəlinə “AZERRAIL” 42 xalla (14 qələbə) liderlik edir. “Murov Az Terminal” 37 xalla (13 qələbə) 2-ci, “Abşeron” 33 xalla (11 qələbə) 3-cü, “Gəncə” 24 xalla (8 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 14 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
12 mart
XVII tur
   “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 2:3 (25:22, 16:25, 25:19, 15:25, 12:15)
   “AZERRAIL” - “Gəncə” 3:0 (25:22, 25:22, 25:19)