Futzal üzrə Yüksək Liqada XIV turun oyunlarına təyinatlar açıqlanıb.

Rekord.az xəbər verir ki, turun ikinci oyununa əcnəbi hakimlər təyinat alıblar.

Belə ki, ölkəmizdə FİFA tərəfindən futzal hakimləri və hakim-inspektorları üçün təşkil edilən seminarda iştirak edən Səudiyyə Ərəbistanından olan iki hakim mübadilə proqramı əsasında “Alyans” – U-19 matçını idarə edəcək.

Mərkəzi matçda isə FİFA referiləri fitini səsləndirəcək.

Yüksək Liqa
XIV tur

23 fevral

Record – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov
Hakim-inspektor: Azad Hüseynov
Olimpik Star. Saat 15:00

Alyans – U-19
Hakimlər: Rayan Avad Alamri, Xalid Ahmed, Ramil Namazov
Hakim-inspektor:Elçin Səmədli
Olimpik Star. Saat 17:00

Araz Naxçıvan – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Mehman Mahmudov
Olimpik Star. Saat 19:00.