
Yoviçin yeni klubu müəyyənləşdi
- 05 Avq 2025 18:20
- 43
Bu yay “Milan”dan ayrılan Luka Yoviçin yeni klubu məlum olub.
Rekord.az xəbər verir ki, serbiyalı hücumçu AEK-ə keçib.
Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Yoviç “Milan”dan başqa, “Benfika”, “Ayntraxt”, “Real” və “Fiorentina”da da oynayıb.