“Barselona”nın rəhbərliyi yarımmüdafiəçi Frenki de Yonqun 2020-ci ilin oktyabrında klubla bağladığı müqavilədə pozuntular aşkarlayıb.

Rekord.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Belə bir müqavilə bağlandığı üçün İspaniya klubunun nümayəndələri “Barselona”nın keçmiş rəhbərliyini məhkəməyə verə bilər.

2020-ci ildə 25 yaşlı de Yonq “Barselona” ilə müqaviləsini aşağıdakı şərtlərlə uzadıb:

O, iki mövsümdə maaşının azalmasına razılaşıb, lakin növbəti dörd il ərzində əvvəlki müqaviləsinə görə ona lazım olan 18 milyon avronu alacaq.

Müdafiəçilər Jerar Pike və Kleman Lanqlenin də oxşar müqavilələr imzaladığı bildirilir.