Macarıstan çempionatında çıxış edən Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 9-cu tur çərçivəsində "Bekescsabai" klubu ilə qarşılaşıb.

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu olub. 4 hissə davam edən matçda Ayşən və rəfiqələri 3:1 (25:23, 25:23, 20:25, 25:21) hesablı qələbəyə seviniblər. 

"Vasas"ın aktivinə növbəti xalları yazdırdığı matçda millimizin üzvü 15 dəfə fərqlənib. Abduləzimova bu xallardan 7-ni hücumda, 6-nı blokda, 2-ni isə eyslə qazanıb.

Qeyd edək ki, bir oyun az keçirən "Vasas" 18 xalla üçüncü pillədə qərarlaşıb.