Cari ilin aprel ayında Yevlax Şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in Pedaqoji Şurasının iclası keçirilib.

Rekord.az xəbər verir ki, Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli iclasda gündəlikdə duran məsələlərdən - UGİM-in fəaliyyəti, işlərin təşkili, tədris qruplarında mövcud nöqsanlardan bəhs açmış, onların aradan qaldırılması, tədris ilində qarşıda duran vəzifələr, görüləcək işlər barəsində əməkdaş və məşqçi-müəllim heyətinə müvafiq göstərişlər vermiş və sonda məşqçi-müəllimlərin təklif və iradlarını dinləmişdir.