Yevlax Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahin" hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi Salahlı kənd tam orta məktəbində keçirilib.

Rekord.az xəbər verir ki, hərbi-idman oyununun final mərhələsində Gənclər və İdman İdarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax şəhər Təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yevlax şəhər şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin məsul şəxsləri iştirak edib.

Komandalar “Sıra hazırlığı”, “İntellektual müsabiqə”, “Çadırın qurulması”, “Darağa patronun doldurulması və boşaldılması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Fiziki hazırlıq”, “Maneələrin dəf olunması” və “Mülki müdafiə hazırlığı” mərhələləri üzrə öz məharətlərini nümayiş etdirib.

Şagirdlərin vətənpərvərlik, milli qürur və layəqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin edilməsi məqsədi daşıyan “Şahin" hərbi-idman oyununda mübarizənin yekun nəticələrinə əsasən birinci yerin qalibi və zona birinciliyinə vəsiqə qazanan komanda aşağıdakı kimidir:

I yer - S.Vurğun adına 5 nömrəli tam orta məktəbinin “Zəfər-44” komandası

Müvafiq olaraq II yerə Salahlı kənd tam orta məktəb, III yerə isə Xaldan kənd tam orta məktəbin komandaları çıxıb.

Sonda mərhələr üzrə müvəffəqiyyət əldə edərək öz xallarına yüksək bal yazdıran komandalar təşkilatçı qrumlar tərəfindən qiymətli hədiyyə və diplomlarla təltif olunublar.