“Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər davam edir.

Rekord.az xəbər verir ki, gənclərin fiziki inkişafının təmin edilməsi, onların sağlam, psixoloji dayanıqlı olmaları, ayrı-ayrı idman növlərinə olan bilik və marağının artırılması, eyni zamanda sağlam həyat tərzinin təbliği məqsədilə Yevlax Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına əsasən keçirilən yarışda müvafiq yerlərin sahibi diplomlarla təltif olunublar