“Yerli basketbolçular legionerlərdən geri qalmadılar”
- 21:00
- 31
"Sabah" klubunun baş məşqçisi Rimas Kurtinaitis yerli basketbolçulardan razıdır.
Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
O, Azərbaycan Basketbol Liqasının 13-cü turunda "Şəki" üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb:
"Bəlkə hesab arasındakı fərqə görə oyunçular bəzi epizodlarda daha rahat oynayırdı. Bu isə bəzən səhvlərə səbəb olur. Artıq ikinci oyundur son periodda 5 yerli basketbolçu ilə çıxış edirik. Bu dəfə daha çox şans qazandılar və deyərdim ki, oyun baxımından legionerlərdən geri qalmadılar. Hazırlıqlarımız plana uyğun davam edir".
"Sabah" - "Şəki" matçı Bakı klubunun 112:65 hesablı qələbəsi ilə nəticələnib.