Yeniyetmələrin Türkiyədəki təlim-məşq toplanışı başa çatıb
- 16:58
- 24
Voleybolçu qızlardan ibarət U-20 Azərbaycan millisinin Türkiyədə təşkil olunan təlim-məşq toplanışı başa çatıb. "Rekord.az" xəbər verir ki, Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlaşan yığmamız 6-11 oktyabr tarixlərində İzmirdə təlim-məşq toplanışı keçib. Gökhan Edmanın rəhbərlik etdiyi millimiz hazırlıq çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayıb.
Komandamız hazırlığın son mərhələsini ölkəmizdə keçəcək. Qubada təşkil olunacaq təlim-məşq toplanışında 16 yaşadək yığmamız də iştirak edəcək.
Qeyd edək ki, 22-25 oktyabr tarixlərində Gürcüstanın Rustavi şəhərində keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsində Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcəklər. Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq.