Azərbaycan güləşçilərindən DÇ-də 3 gümüş medal
- 16:40
- 27
Azərbaycan güləşçiləri İordaniyanın paytaxtı Ammanda keçirilən veteranlar arasında dünya çempionatında 3 gümüş medal qazanıblar.
Rekord.az xəbər verir ki, Yunan-Roma güləşçilərindən Fikrət Bağırov (70 kq) və Elgiz Məmmədov (100 kq), sərbəst güləşçilərdən isə Elçin Həsənov (70 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Yarışda Azərbaycanı dörd hakim təmsil edib. Birinci dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarəçiliyində söz sahibi olub. Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə orta hakim funksiyasını yerinə yetiriblər. Onlar həmçinin beynəlxalq dərəcə almaq üçün imtahanda iştirak ediblər. Sınağın nəticələri ilin sonunadək açıqlanacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 6-dan 11-dək təşkil olunub.