Sumqayıtda yeni meydança: akademiya bura köçəcək - FOTO
- 11:00
- 52
Sumqayıtda yeni futbol meydançası tikilir.
Rekord.az xəbər verir ki, meydanşa şəhərin 9-cu mk-da, 20 saylı internat təmayülli orta məktəbin ərazisində, Şimal Regional Futbol Federasiyasının (ŞRFF) təşəbbüsü ilə inşa olunur.
ŞRFF-nın rəhbəri Fərhad Həsənovun məlumatına görə, artıq bununıa bağlı həm məktəblə, həm də Təhsil Nazirliyi ilə müqavilə bağlanıb. Müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" qərarının 56-cı maddəsinin 1-ci hissəsinə əsasən bağlanıb və müddəti 15 ili əhatə edir.
Hazırda ərazidə işlərin böyük hissəsi görülüb. Meydança 90+50-a ölçüsündə olacaq. Meydançada müasir işıqlandırma sistemi artıq quraşdırılıb. Soyunub-geyinmə otaqları, duş kabinetləri, inzibati otaqlar da fəaliyyət göstərəcək. Eyni zamanda təxminən 200-300 nəfərlik tribunanın quraşdırılması da nəzərdə tutulub. Meydançaya müasir süni örtük döşənəcək və bu örtüyün bütün xərclərini "Sumqayıt" Futbol Klubu qarşılayacaq. Həm gətirilməsini, həm də quraşdırılmasını. Onu da öyrəndik ki, həmin örtük artıq Çindən sifariş verilib və yoldadır.
Meydançanın ətrafının abadlaşdırılmasını isə Sumqayıt Şəhər İcra Hakimiyyəti üzərinə götürüb və şəxsən başçı Zakir Fərəcov bununla bağlı aidiyyatı şəxslərə tapşırıq verib.
Eyni zamanda layihədən AFFA-da xəbərdardı və onlar da öz tərəflərindən lazım olan köməyi, dəstəyi göstərəcklərinə söz veriblər. Meydançanın bu ilin sonuna qədər hazır olacağı gözlənilir. Onu da qeyd edək ki, yeni meydança hazır olandan sonra "Sumqayıt"ın U-8-dən U-14-ə qədər bütün yaş qrupları buraya köçəcək və məşqlərini burada keçirəcəklər.